Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün təhlükəsizliyini təmin etmək barədə müvafiq qurumlara xüsusi tapşırıq verib.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Putin Krım körpüsü də daxil olmaqla, bütün vacib infrastruktur obyektlərinin təhlükəsizliyini təmin etməyi tapşırıb", - deyə Rusiya Prezidentini mətbuat katibi “Global Defence Corp” nəşrinin Qərbin uzaqmənzilli raketlərinin Kerç boğazının keçidinə mümkün hücumları barədə yaydığı məlumatı şərh edərkən deyib.