AZ

Komitə sədri: "Ana və körpə ölümləri artıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik".
"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
"Ölkəmizdə 2000-ci ildə qadın məsləhətxanaları və qadın məsləhətxanası olan tibb müəssisələrinin sayı 313 idi. 2023-cü ildə isə onların sayı 3 dəfə azalaraq 106-ya düşüb. Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik. Ana və uşaqların sağlamlıqlarının qorunması baxımından belə müəssisələrin sayının artması, bu sahədə peşəkar kadrların hazırlanması, xüsusilə onların kənd yerlərində işləməsi üçün imkanların yaradılması məqsədəuyğun olardı", - deyə komitə sədri bildirib.
Seçilən
21
11
oxu.az

10Mənbələr