AZ

Turizm sektoru aşağı karbonlu gələcəyə keçidin açarıdır - Fuad Nağıyev

COP29 tarixində ilk dəfə olaraq turizm sektoru iqlim tədbirlərinin gündəminə daxil edilib.

Fins.az xəbər verir ki, bunu Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev COP29 çərçivəsində keçirilən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü zamanı bildirib.

F.Nağıyev qeyd edib ki, qlobal turistlərin sayı artmaqda davam edir və bu səbəbdən təcili tədbirlər görülməzsə, turizm sektorunda emissiyaların artması riski mövcuddur.

"Bugün biz bir yol ayrıcındayıq. Turizm sektoru ya biznesin adi gedişatını davam etdirə bilər, ya da aşağı karbonlu və bərpaedici gələcəyə keçidi təmin edə bilər. Biz inanırıq ki, turizm həllin bir hissəsi ola bilər. COP29 çərçivəsində qəbul ediləcək “Turizmdə Genişləndirilmiş İqlim Fəaliyyəti Bəyannaməsi” turizmin qlobal iqlim strategiyalarına inteqrasiyası üçün aydın yol xəritəsini müəyyən edəcək," - deyə F.Nağıyev vurğulayıb.

Fuad Mədətov
Fins.az

Seçilən
23
fins.az

1Mənbələr