AZ

Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq

Rüşvətalma, dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən Vurğun Mənsimovun cinayət işinin detalları məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, o, 1 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək Yardımlı rayon uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib.
O, çalışdığı müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən dələduzluq edib, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talamış və vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün maddi nemət əldə etməklə rüşvət alıb və rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı edib.

Belə ki, Vurğun Mənsimov 71 445 manat dövlət büdcəsi vəsaitini mənimsəyib, 8 000 manat dələduzluq edib və 3 000 manat rüşvət alıb.

Məhkəmənin hökmü ilə sabiq direktor 5 il azadlıqdan məhrum edilib.

Seçilən
5
12
azia.az

10Mənbələr