AZ

Pakistan "yaşıl" nəqliyyat təşəbbüslərini dəstəkləyən aydın siyasi çərçivələrin yaradılmasına sadiqdir

Bakı. Trend:

Pakistan "yaşıl" nəqliyyat təşəbbüslərini dəstəkləyən aydınsiyasi çərçivələrin yaradılmasına sadiqdir.

Trend xəbər verir ki, bubarədə Pakistanın kommunikasiya üzrə naziri Abdul Alim Xan "Şəhərnəqliyyatının yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəlidəyirmi masada çıxışı zamanı bildirib.

"Pakistan milli səviyyədə "yaşıl" nəqliyyat təşəbbüslərinidəstəkləyən aydın siyasi çərçivələrin yaradılmasına sadiqdir. Bizimmilli nəqliyyat siyasətimiz iqlim məqsədlərimizə uyğunlaşdırılıb vəhər bir şəhər nəqliyyatı layihəsinin davamlı, aşağı karbonlu vəiqlim təsirlərinə qarşı dayanıqlı olmasını təmin etməyəyönəlib.

Pakistanın "yaşıl" iqtisadiyyata keçid və dekarbonizasiya üzrəmaliyyə ehtiyacları hələ də əhəmiyyətlidir. Ölkə iqlim dəyişikliyiilə mübarizəyə töhfə vermək üçün beynəlxalq iqlimmaliyyələşdirilməsinə çıxışını genişləndirməyi nəzərdə tutur.

Pakistan, həmçinin, Paris Sazişinin 6-cı maddəsində nəzərdətutulan alətlərdən istifadə etməyi planlaşdırır. Artıq karbonqiymətləndirilməsi alətləri, yaşıl və mavi istiqrazlar da daxilolmaqla, maliyyə mənbələrini şaxələndirməyə kömək edəcək bazar vəqeyri-bazar yanaşmaları müəyyən edilib", — deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr