AZ

Kiyevdə hava hücumu təhlükəsi: Şəhərdəki səfirliklər bağlanır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukraynanın paytaxtı Kiyev şəhərində hava hücumu təhlükəsi səbəbindən bir neçə ölkənin səfirlikləri bağlanır.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
ABŞ-nin Kiyevdəki səfirliyi təhlükəsizlik səbəbilə işini dayandıracaq. Həmçinin, ABŞ vətəndaşlarına çağırış edilib ki, sığınacağa qaçmağa hazır olsunlar.
"Təhlükəsizlik səbəbindən səfirlik bağlanacaq. ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı halında dərhal sığınacağa getməyə hazır olmalarını tövsiyə edirik", - deyə səfirliyin saytında yerləşdirilən məlumatda bildirilib.
Həmçinin, İspaniya və İtaliya səfirlikləri də eyni səbəbdən ziyarətçilər üçün xidməti dayandıracaqlarını açıqlayıblar.
İspaniya səfirliyi Ukraynada yaşayan krallığın vətəndaşlarına mesaj göndərib və səlahiyyətlilərin tövsiyələrinə əməl etməyi, sığınacaqların harada yerləşdikləri barədə məlumatlı olmağı tövsiyə edib.
İtaliyanın Kiyevdəki səfirliyi öz internet səhifəsində bildirib ki, diplomatik missiya gün ərzində ziyarətçiləri qəbul etməyəcək. Ukraynadakı İtaliya vətəndaşlarına hava hücumu halında dərhal ən yaxın sığınacağa getmələri məsləhət görülüb.
Qeyd edək ki, noyabrın 20-si səhərdən Ukraynanın paytaxtında artıq dörd dəfə partlayış səsi eşidilib. Şəhərdə üç dəfə hava hücumu xəbərdarlığı edilib, Kiyev vilayətində 11 saat ərzində sirenlərin səsi dayanmayıb. Bundan əlavə, Poltava, Sumı və Çerniqov bölgələri qırmızı zonadadır.
Seçilən
61
50
oxu.az

10Mənbələr