30 yaşlı qadın Ermənistanın yeni daxili işlər naziri oldu
Arpine Sarkisyan Ermənistanın yeni daxili işlər naziri təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “News.am” portalı Ermənistan Prezidentinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, bununla bağlı Prezident Vaaqn Xaçatryan fərman imzalayıb.
Qeyd edək ki, 30 yaşlı (14 aprel 1994) Arpine Sarkisyan buna qədər Ermənistan daxili işlər nazirinin müavini postunu tutub.