AZ

Parking işçisi boğulan gənci bu yolla xilas etdi

Türkiyənin Kayseri şəhərində boğazında şəkər qalaraq boğulan gənc parking işçisi tərəfindəm xilas edilib.

Publika.az xəbər verir ki, həmin anlar təhlükəsizlik kameralarına əks olunub.

Belə ki, nəfəsi kəsilən gəncə dostları ilkin tibbi yardım göstərib. Vəziyyəti anlayan Böyükşəhər Bələdiyyəsi Nəqliyyat A.Ş.-də işləyən Emre Aysel gəncin yanına gedərək ona “Heimlich” manevrini tətbiq edərək onu xilas edib.

Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç görüntüləri sosial media hesabında paylaşıb:

"Müəssisə daxilində verdiyimiz ilk yardım təhsilinin nə qədər əhəmiyyətli olduğunu göstərən çox gözəl bir görüntü. Parking personalımız olaraq çalışan Emre Aysel etdiyi “Heimlich” manevri ilə boğulan gəncimizin həyatını xilas etdi. Onu bu həssas və şüurlu davranışına görə təbrik edirəm".

Seçilən
5
publika.az

1Mənbələr