AZ

Azərbaycanda körpə və ana ölümlərinin sayı artıb

Azərbaycanda körpə və ana ölümlərinin, o cümlədən abortların sayı artıb. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədri qeyd edib ki, bu səbəbdən qadın məsləhətxanalarının sayı artırılmalıdır: 

“2000-ci ildə qadın məsləhətxanaları və qadın məsləhətxanası olan tibb müəssisələrinin sayı 313 idi. 2023-cü ildə isə onların sayı 3 dəfə azalaraq 106-ya düşüb. Ana və uşaqların sağlamlıqlarının qorunması baxımından belə müəssisələrin sayının artması, bu sahədə peşəkar kadrların hazırlanması, xüsusilə onların kənd yerlərində işləməsi üçün imkanların yaradılması məqsədəuyğun olar”.

Seçilən
18
11
modern.az

10Mənbələr