AZ

Ağacan Abıyevin vəziyyəti pisləşdi - Xəstəxanaya qaldırıldı

Sabiq millət vəkili və rektor Ağacan Abıyevin vəziyyəti pisləşib.   Manset.az-ın əldə etdiyi məlumata görə, o, paytaxtda yerləşən xəstəxanaların birində həkim qəbulunda olub, kompleks müayinələrdən keçib. Sabiq deputatın ağciyər tənəffüs sistemində problem aşkarlanıb. Müayinələrdən sonra yüksək hərarəti olan Ağacan Abıyeva müalicə yazılıb. O, saytımıza açıqlamasında faktı təsdiqləyib:  "Çox pis virus yayılıb. Həkim müayinəsində keçmişəm. Mənə dərmanlar yazılıb, hazırda Bülbülədəki evimdə müalicə alıram. Başa düşürəm hamının problemləri var. Köhnə dostlarımdan bəziləri çıxmaq şərtiylə heç kəs mənim vəziyyətimlə maraqlanmır. Sadiq dostlardan biri Hacıbala Abutalıbovdu. Arada onunla danışıram".    Manşet.az

 

Seçilən
16
19
manset.az

10Mənbələr