AZ

Uşaqlar üçün tabu olan qidalar - SİYAHI

Rusiyalı məşhur həkim Yelena Pozdnyakova rusları məktəbliləri bir sıra zərərli və təhlükəli məhsulların istehlakından qorumağa çağırıb.

“Cebheinfo.az” xəbər verir ki, mütəxəssis yeniyetmə uşaqlar üçün qadağan olunmuş qidalar siyahısına “fast food”, enerji içkiləri və çipsləri daxil edib. O, şirin qazlı içkilər, mayonez və ketçup istehlakını minimuma endirməyi məsləhət görüb.

Pozdnyakova bu cür qidalanmanın nəticələrindən də danışıb. 

"Çünki bu məhsullar mədə-bağırsaq traktına mənfi təsir göstərir və uşaqlarda çəki artımına səbəb olur",- deyə xəbərdarlıq edib.

“Sadalanan məhsullar təkcə qısamüddətli sağlamlıq problemlərinə deyil, həm də xroniki xəstəliklərə, o cümlədən qastrit, mədə və onikibarmaq bağırsağın iltihabına səbəb ola bilər”,-deyə həkim qeyd edib. Bununla yanaşı, o bildirib ki, energetik içkilər uşaqların sinir və ürək-damar sistemi üçün də təhlükəlidir.

Seçilən
9
cebheinfo.az

1Mənbələr