Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü digər sürücülərə təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə Qəşəm Aslanov küçəsində baş verib.
Belə ki, 77-PV-728 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq qaydaları pozub. Həmin zolaqla hərəkət edən digər sürücülər dayanmış avtomobilə görə əks yola çıxmağa məcbur olublar. Bu zaman qarşıdan gələn sürücülər də təhlükəli vəziyyətlə üz-üzə qalıblar.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.
Könül Rauf