AZ

Qırğızıstan konteyner terminallarını genişləndirməyi və modernləşdirməyi planlaşdırır - Nazir müavini (ÖZƏL)

Bakı. Trend:

Qırğızıstan konteyner terminallarını genişləndirməyi vəmodernləşdirməyi planlaşdırır.

Bunu Trend-əözəl açıqlamasında Qırğızıstanın nəqliyyat və kommunikasiyanazirinin müavini Bekjan Rısmendeyev deyib.

"Qırğızıstan Çin Xalq Respublikası və Özbəkistan Respublikasıilə birlikdə yaxın vaxtlarda Çin-Qırğızıstan-Özbəkistan dəmiryolunun tikintisinə başlamağı planlaşdırır. Bu, transkontinentaldəmir yolu tranzit dəhlizidir. Layihə əslində çox irimiqyaslıdır,investisiyalar çox böyükdür, təxminən 4-7 milyard ABŞ dollarıtəşkil edir.

Bu layihə Orta Dəhlizlə yüklərin daşınmasına və yük axınınınildə təxminən 7-10 milyon ton artırılmasına imkan verəcək. Yəni,bu, Orta Dəhlizin tranzit potensialının reallaşdırılması üçün böyüklayihədir", - o bildirib.

Nazir müavini qeyd edib ki, quru limanların tikintisi iləyanaşı, Qırğızıstan artıq Çin və Qırğızıstan arasında yol keçidinintikintisinə başlayıb.

"Bu gün iki sərhəd keçid məntəqəsi var və biz artıq üçüncükeçidi açmışıq. Bu marşrut Çin şəhərləri ilə Bişkek arasındakıməsafəni təxminən 170 kilometr azaldacaq, sərhədyanı ticarətimkanlarını artıracaq. Gələcəkdə bu keçid məntəqəsindən gündə minəqədər nəqliyyat vasitəsini keçirməyi planlaşdırırıq. Bu gün artıqQırğızıstanın iki şəhərində konteyner terminalları fəaliyyətgöstərir. Onların daha da genişləndirilməsi və modernləşdirilməsiilə bağlı planlarımız var", - nazir bildirib.

O vurğulayıb ki, Qırğızıstan dənizlərdən ən uzaq ölkədir vəAvrasiya qitəsinin mərkəzində yerləşir.

"Biz mütləq beynəlxalq dəhlizlər üzərində işləməli və onlarınfəal iştirakçısı olmalıyıq. Bu gün biz Şərq-Qərb istiqamətindədəhliz üzərində işləyirik. Biz Azərbaycandan da keçən Şimal-Cənublayihəsinin icrasını çox diqqətlə izləyirik", - əlavə edib.

Məqalədə:
Seçilən
23
2
az.trend.az

1Mənbələr