Acun Ilıcalı haqqında qanunsuz mərc və reklamı təşviq etmək iddiası ilə istintaq başladılıb.
İndex.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun İnformasiya Cinayətləri İstintaq Bürosu Acun Ilıcalı və TV8 kanalı və “Exxen” rəqəmsal platforma məsul şəxsləri haqqında qanunsuz mərc və reklamı təşviq etmək iddiası ilə istintaq başlatdı.
İstintaqın UEFA Millətlər Liqası matçlarında nümayiş etdirilən qanunsuz mərc reklamları ilə bağlı olduğu öyrənilib.