AZ

Britaniya kəşfiyyatı məlumat yaydı – Rusiyanın Qara dənizdəki hərbi-dəniz imkanları tükənib

Rusiyanın Qara dəniz donanması Ukraynanın zərbələri nəticəsində gəmilərinin dörddə birini itirib. Rus gəmiləri  Krımı tərk etmək məcburiyyətində qalıb, lakin raket atmaq qabiliyyətini özündə saxlayır.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Xülasədə qeyd edilir ki müharibə başlamazdan əvvəl Rusiya rəhbərliyi   Qara Dəniz Donanmasını strateji dəniz gücünün ayrılmaz tərkib hissəsi hesab edirdi. Hesabatda bildirilir: “Müharibənin 1000-ci günündə  Rusiyanın Qara dənizdəki hərbi-dəniz imkanları Ukraynanın yüksək effektiv əməliyyatları nəticəsində əhəmiyyətli dərəcədə tükənib”. Britaniya kəşfiyyatının məlumatına görə, 2022-ci il fevralın 24-dən etibarən Ukrayna qüvvələri Rusiyanın Qara dənizdə fəaliyyət göstərən əsas hərbi gəmilərinin 25%-dən çoxunu, o cümlədən Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” kreyserini məhv edib və ya zədələyib. Nəticədə Rusiyanın Qara dəniz donanması bütün əsas qüvvələrini Sevastopoldakı tarixi bazasından Qara dənizin şərqindəki Novorossiyskə köçürməyə məcbur olub. Regionda fəaliyyət göstərən rus bölmələri də öz taktikalarını uyğunlaşdırmaq və fəaliyyət göstərdikləri əraziləri dəyişmək məcburiyyətində qalıblar.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
20
22
konkret.az

10Mənbələr