Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 74,5 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
Banco.az xəbər verir ki, Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 77.4% azdır.
Bildirilib ki, 2023-ci ilin eyni dövründə elektrik enerjisi ixracının ümumi dəyəri 330,4 milyon dollara bərabər olub.
Qeyd edək ki, hesabat aylarında ixrac edilən elektrik enerjisinin həcmi isə 1 milyard 351 milyon kVt/saat (illik müqayiədə 56.4% az) olub.