AZ

İrkutskda ovçular təsadüfən bir qadını güllələyiblər

 

Rusiya Federasiyasının İrkutsk vilayətində ovçular magistral yolda qadını güllələyibyiblər.

Musavat.com vilayət mediasına istinadla xəbər verir ki, hadisə noyabrın 20-nə keçən gecə Nijneudinskdə baş verib.

Hadisənin şahidi polisə bildirib ki, şəhərətrafı magistral yolun yaxınlığında naməlum şəxslərin qadına atəş açdığını görüb. Onlar nə etdiklərini anlayıb dayanıblar və dərhal ağ rəngli “UAZ” markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə baş idarəsinin nümayəndələri aydınlaşdırıblar ki, polis əməkdaşları dərhal hadisə yerinə gedib və təsvirə uyğun gələn avtomobili saxlayıblar. Avtomobilin salonunda əllərində silah olan üç ovçu olub və onlar günahlarını etiraf ediblər.

Ovçulardan biri izah edib ki, o, termal kameradan istifadə edərək hədəfi aşkar edib və onu heyvan zənn edərək, iki atəş açıb. Nəticədə güllələr 31 yaşlı qadına dəyib və o, yerindəcə keçinib. Şübhəlilər deyiblər ki, hər şeyi danışmaq üçün polisə gedəcəkdilər.

İstintaq orqanları cinayət işi açıb və bütün lazımi tədbirlər görülüb. 48 yaşlı şübhəli dindirilib, dəlillər və silahlar götürülüb. Rusiyanın İrkutsk vilayəti üzrə istintaq komitəsi bu ərazidə ovun qanuniliyi də yoxlanılır.

İstintaqın gedişinə rayon prokurorluğu nəzarət edəcək.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr