Bakı. Trend:
Orta Dəhlizin dayanıqlığının və etibarlılığının gücləndirilməsiGürcüstan üçün prioritetdir.
Trend xəbər verir ki, bubarədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri LevanDavitaşvili COP29 çərçivəsində keçirilən "Dayanıqlı, rəqəmsal OrtaDəhliz və onun hüdudlarından kənar" mövzusunda yüksək səviyyəlidəyirmi masa zamanı bildirib.
"Bizim prioritetimiz Orta Dəhlizin dayanıqlığını vəetibarlılığını artırmaq, o cümlədən, infrastrukturunmodernləşdirilməsi vasitəsilə bu məqsədə nail olmaqdır.Gürcüstandakı iki əsas dəmir yolu layihəsini xüsusilə qeyd etməkistəyirəm: əsas dəmir yolu xəttinin modernləşdirilməsi vəBakı-Tbilisi-Qars dəmir yolu xətti. Bu layihələr dəmir yoludaşımalarının rəqabət qabiliyyətini artırır ki, bu da ən ekolojitəmiz nəqliyyat növlərindən biri hesab olunur", — deyə nazirbildirib.
L.Davitaşvili qeyd edib ki, dəmir yolunun modernləşdirilməsibaşa çatmaq üzrədir və onun buraxılış qabiliyyətini illik 27 milyontondan 48 milyon tona qədər artıracaq, eyni zamanda, istismarsəmərəliliyini yüksəldəcək.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti OrtaDəhlizi daha da gücləndirir və Azərbaycan, Gürcüstan və Türkiyənibirbaşa birləşdirir.
"Bundan əlavə, şərq-qərb avtomagistralının tikintisi sürətlədavam edir: sahələrin 70 faizi artıq istifadəyə verilib. Yeniyollar Avropa təhlükəsizlik standartlarına uyğun layihələndirilibvə intellektual nəqliyyat sistemlərinin tətbiqi onların istismarınıdaha da yaxşılaşdıracaq", — deyə L.Davitaşvili əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.