AZ

"Bu, III Dünya Müharibəsidir" - Medvedev növbəti dəfə Qərbi hədələyib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yenidən Qərbi üçüncü dünya müharibəsi ilə hədələyib.

"AzPolitika" xəbər verir ki, özünün "Telegram" hesabından paylaşım edən Medvedev yazıb ki, Qərbin Rusiyaya qarşı raketlərdən istifadə etməsi NATO ölkələrinin hücumu kimi qiymətləndirilə bilər. Medvedevin fikrincə, bu halda Rusiya kütləvi qırğın silahlarından həm Kiyevə qarşı, həm də harada olursa olsun, NATO obyektlərinə qarşı istifadə edəcək.

Medvedev baş verəcək bu hadisələri belə adlandırıb:"Bu, III Dünya Müharibəsidir".

"AzPolitika.info"

Seçilən
11
2
azpolitika.info

3Mənbələr