Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkədəki suriyalıların sayının dəqiqləşdirildiyini qeyd edib.
"Cebheinfo.az" xəbər verir ki, nazir bildirib ki, ünvan araşdırmalarından sonra müvəqqəti qoruma altında olan suriyalıların sayı 2 milyon 935 min 742-yə enib:
"Eyni zamanda 731 min 146 suriyalının ünvanının “yeni olmadığı” müəyyən edilib. Bu araşdırmalar nəticəsində 580 min 819 suriyalı ünvanlarını yeniləyib və ya ünvanlarını yeniləmək üçün randevu alıb”.