20 noyabr 2024-cü il tarixində YAP Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ərazi Partiya Təşkilatlarından olan partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirib. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri də bu prosesə layiqli töhfələr verirlər.
Aksiya çərçivəsində 45 nəfər partiya fəalının iştirakı ilə 110 ədəd müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.