AZ

"Jaguar"ın qəribə reklamı ələ salındı - Şirkət strategiyanı tam dəyişir - FOTO

"Jaguar"ın yeni loqosu və təqdimatı bəyənilməyib.

Milli.Az dailymail-ə istinadla xəbər verir ki, yüz ildən çox yaşı olan məşhur avtomobil markası dünən klassik loqosunu, yəni nərildəyən iri pişiyi təsvir edən nişanını və digər simvollarını tərk edərək cəsarətli bir yenilənməni təqdim edib.

Markanın təqdimat videosunda avtomobil görmək mümkün olmayıb. Bunun əvəzinə, texno musiqisi fonunda "standartlardan uzaqlaşmaq", "rəngli yaşamaq" və "sərhədləri aşmaq" kimi şüarlar səsləndirilib. Bu isə ənənəvi müştəri bazasının qəzəbinə səbəb olub.

Şirkətin rəhbəri açıq şəkildə bildirib ki, bu dəyişikliklərdən narahat olanlar artıq hədəf kütləsi deyil. Jaguar daha gənc auditoriyanı cəlb etmək və tamamilə elektriklə işləyən yeni modelləri ilə diqqət çəkmək istəyir.

İki həftə sonra yeni yanaşmanı təmsil edən konsept avtomobilin təqdimatı gözlənilir. Lakin sosial mediada artıq başlayan narazılıqlar bunun yeni qalmaqallara yol açacağını göstərir. Bir çox avtomobil həvəskarı yenilənməni "Britaniya ikonunu məhv etmək" kimi qiymətləndirib.

Jaguar isə tənqidlərə bəzən müəmmalı, bəzən isə bir qədər emosional cavablar verərək, dəyişikliklərdən narahat olmadığını nümayiş etdirib. Şirkət rəhbərliyi vurğulayıb ki, gələcək müştərilərinin yalnız 15 faizinin mövcud müştərilər olacağını gözləyir.

İslam
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
43
milli.az

1Mənbələr