İtaliyanın "Cenoa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, A seriyası təmsilçisi Patrik Vieyranın təyinatını açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı məşqçi ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Patrik Vieyranın son iş yeri Fransada "Strasburq" olub. 48 yaşlı mütəxəssis "Cenoa"nın baş məşqçisi postunda Alberto Cilardinonu əvəz edib.