AZ

Azərbaycana bu il ən çox investisiya yatıran ölkələrin adları açıqlandı - SİYAHI

2024-cü ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 391.1 milyon manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.4 faiz az investisiya yönəldilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyanın 2 milyard 343,9 milyon manatı (95,7 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsus olub.

Seçilən
7
fed.az

1Mənbələr