Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Baydenin Ukraynanın Rusiya ərazisinə Amerika raketləri ilə hücum etməsinə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Türkiyə lideri G20 sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan bildirib ki, bu cür hərəkətlər yalnız gərginliyi artırır və Moskvanın müvafiq reaksiyasına səbəb olur: “Cənab Baydenin bu addımını müharibənin qızışdırılması, onun sonsuz davamı və genişlənməsi istiqamətində bir addım kimi qiymətləndirmək olar. Bu qərar münaqişəni gərginləşdirməklə yanaşı, istər-istəməz Rusiyanın daha ciddi reaksiyasına səbəb olacaq”. Ərdoğan Rusiya prezidentinin nüvə doktrinasını təsdiqləməsinə də toxunub:”Bütün bu addımlar regionu və dünyanı genişmiqyaslı müharibəyə sürükləyir”.
Vəli Həsənoğlu,
KONKRET.az