AZ

Azərbaycanda qiymətli daşları və onlardan hazırlanan məhsulları nağd qaydada satanlar cərimələnəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda qiymətli daşların və onlardan hazırlanan məhsulların nağdsız qaydada satılmasına görə maliyyə sanksiyasının tətbiq olunması təklif edilir".
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar Vergi Məcəlləsində, "Nağdsız hesablaşmalar haqqında" Qanuna uyğun olaraq dəyişiklik edilməsi nəzərdə tutulur.
"Dəyişikliklərə səbəb Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tələbidir", - deyə vergi rəsmisi qeyd edib.
Seçilən
13
oxu.az

1Mənbələr