AZ

ABŞ Ukraynaya 275 milyon dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır

ABŞ Ukraynaya azı 275 milyon dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır.

Turkustan.az xəbər verir ki, “European Pravda”-nın məlumatına görə bu barədə Amerika rəsmiləri deyib.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, yardım paketinə hava hücumundan müdafiə sistemləri üçün silahlar, HIMARS raket sistemləri üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, tank əleyhinə Javelin sistemləri və digər avadanlıq və ehtiyat hissələri daxil olacaq.

Silahlar prezidentin səlahiyyətləri çərçivəsində veriləcək ki, bu da Pentaqona lazımi silahları tez bir zamanda Ukraynaya çatdırmaq üçün öz anbarından tez bir zamanda götürməyə imkan verəcək. Bundan əlavə o da məlum olub ki, ABŞ prezidenti Co Baydenin administrasiyası da 2025-ci ildə Ukraynaya yeni yardım üçün Konqresə sorğu göndərməyi planlaşdırır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
turkustan.az

1Mənbələr