Bakı. Trend:
İsrailin Afula şəhərində fəaliyyət göstərən AzərbaycanMədəniyyət Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, mərkəzin rəhbəri Yeganə Salman tədbiri giriş sözüilə açaraq Vətən müharibəsi haqqında danışıb, Azərbaycan xalqının 8Noyabr – Zəfər Gününü böyük sevinclə qeyd etdiyini bildirib.
Tədbirdə, həmçinin Dövlət Bayrağı və Konstitusiya günləri barədəməlumat verilib, bu əlamətdar günlərin tarixindən və əhəmiyyətindənbəhs olunub. Eyni zamanda bu günlərdə Bakıda BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının – COP29-un keçirildiyi diqqətə çatdırılıb.
Daha sonra Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli hərbçiAlbert Aqarunovun həyatından bəhs edən, Diasporla İş üzrə DövlətKomitəsinin dəstəyi ilə rejissor Elçin Muxtarov tərəfindən çəkilən“Tank 533: Albert Aqarunov” sənədli filmi nümayiş olunub.
Tədbirin bədii hissəsində İsrailli "Nikol və Rami Neşer" duetiMüslüm Maqomayev və Rəşid Behbudovun repertuarından əsərlərsəsləndirib, eləcə də Xalq artisti Eminin "Azərbaycan" mahnısınıifa edib. İsrail və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairMixail Salman Milli Qəhrəman Albert Aqarunova həsr olunmuşşeirlərini oxuyub.