Azərbaycanın qadınlardan ibarət futbol milli komandası Rusiya yığması ilə yoldaşlıq oyunları keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
Sözügedən komandalar noyabrın 28-də və dekabrın 2-də Soçidə yoldaşlıq oyunlarında üz-üzə gələcək.
Komandalar 2021-ci ildə DÇ-2023-ün seçmə mərhələsində iki dəfə qarşılaşıb. Hər iki görüş rusların qələbəsi ilə yekunlaşıb (2:0, 4:0). Beynəlxalq Futbol Federasiyasının reytinq cədvəlinə əsasən, Azərbaycan komandası 75-ci, Rusiya komandası isə 25-ci yerdədir.