"Düşünürəm ki, bu cür açıq ünsiyyət və dialoq ayrı-ayrı problemlərin daha sürətli həllinə gətirib çıxara bilər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, ölkədə olan 4450-yə yaxın məktəbin 4 minə yaxını yaxşı vəziyyətdədir: "Bizim məktəblərin 85-90 fazi halda vəziyyəti yaxşıdır. 450-yə yaxın məktəb var ki, onların əsaslı təmirə və yaxud yenidən tikilməsinə ehtiyac var. 2021-ci ildə 950 məktəbimiz qəzalı idisə, bu gün bunların sayı 400 civarındadır. Növbəti illərdə də bunların təmiri sürətlə davam edəcək. Müəyyən ardıcıllıqla bu iş davam etdirilir".
Anar Kəlbiyev