AZ

Qurban Yetirmişli: Yaxın günlər ərzində güclü zəlzələ...

Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,7-ə bərabər olub.
Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.

Geologiya-mineralogiya elmləri doktoru, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Sherg.az”a bildirib ki, Şamaxı bizim ən aktiv seysmogen bölgəmizdir:

“Şamaxı digər ərazilərlə müqayisədə ən aktiv bölgə sayılır. Yəni tez-tez Şamaxıda təkanlar olur. Bu gün olan zəlzələnin maqnitudası 3 dən böyük olduğuna görə sayta yerləşdirmişik. Kiçikləri heç vaxt qoymuruq. Zəlzələ 45 km dərinlikdə olub və heç bir problem yoxdur. Bu cür xırda təkanlar hər zaman olur və olacaqda. Lakin dağıdıcı gücə malik olan zəlzələ yoxdur. Bu gün 34 təkan qeydə alınıb. Ancaq onların içərisində ən güclüsü Şamaxıda 3.7 bal şiddətində olub. Yaxın günlər ərzində güclü zəlzələ gözlənilmir. Qorxulu bir hadisə yoxdur”.
Seçilən
16
sherg.az

1Mənbələr