AZ

Balıq tutmaq istəyərkən bataqlığa düşdü

İstanbulda balıq tutmaq üçün gölməçəyə girən şəxs bataqlıqda qalıb.

News24.az xəbər verir ki, batan yerdən çıxa bilməyən Can gəzintiyə gələnlərdən kömək istəyib.

Ətrafdakılar kömək edə bilməyəndə vəziyyəti polis, yanğınsöndürmə və tibb qruplarına xəbər veriblər.

Xilasetmə qrupları bataqlığa batmış Canı xilas etmək üçün işə başlayıb.

Təxminən yarım saatlıq işdən sonra qruplar kəndir və nərdivan köməyi ilə Berat Canı xilas edib.

Dostları hadisə yerinə gələndə səhhəti yaxşı olan Can Milli Bağdan çıxıb.

Günel Məlikzadə

Seçilən
9
news24.az

1Mənbələr