AZ

"Qalatasaray" Braziliyada tarixə düşən futbolçunu transfer edir

Türkiyə Super Liqasında son iki mövsümün qalibi və hazırkı lideri "Qalatasaray" heyətində çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərini davam etdirir. 

Demokrat.az
xəbər verir ki, komandaya "10 nömrə" transfer etmək istəyən Dursun Özbekin Braziliya Liqasında çıxış edən futbol ulduzu ilə əlaqə saxladığı gündəmə gəlib.

"Sarı-qırmızılı" klub 37 yaşlı Dris Mertensin yaşının irəliləməsi səbəbilə 10 nömrəli transferi reallaşdırmaq istəyir. 

Braziliya mətbuatında yer alan xəbərə görə, baş məşqçi Okan Burukun qərarı ilə hərəkətə keçən "Qalatasaray" mövsümün əvvəlində izlədiyi "Fluminense"nin ulduzu Con Ariasa elçi düşüb.

Hücuma meyilli futbolçunun Avropada oynamaq arzusunun olduğu bildirilir. 

Həmçinin qeyd edilir ki, hazırda Ariasa ən ciddi təklif məhz "Qalatasaray"dandır.

"Sarı-qırmızılılar"ın transfer etmək istədiyi futbolçu 2024-cü ildəki performansı ilə "Fluminense" tarixinə düşüb. 46 matçda 13 qol vuran ulduz futbolçu "Fluminense" forması ilə bir mövsümdə ən çox qol vuran ikinci əcnəbi futbolçu olub.

27 yaşlı oyunçu karyerası ərzində heç vaxt Cənubi Amerikadan kənarda olmayıb. Yalnız Braziliya və Kolumbiyada forma geyinən kolumbiyalı futbolçu ümumilikdə 201 matçda meydana çıxıb. Ulduz futbolçu bu matçlarda 32 qol vurub, 25 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Arias "Fluminense"dən əvvəl Kolubbiyanın "Patriotas", "Llaneros", "Amerika de Kali" və "Santa Fe" klublarıda çıxış edib. Kolumbiya millisində 25 oyun keçirərək 3 qol vuran oyunçuya "Transfermarkt" 15 milyon avro qiymət qoyub.


Jalə
Demokrat.az
Seçilən
26
demokrat.az

1Mənbələr