AZ

Trampın sürpriz sülh planı: Ukraynaya nüvə silahı verilir, əvəzində...

Yeni seçilmiş prezident Donald Tramp Putin Rusiyasını dayandırmaq üçün Ukraynaya nüvə silahı verə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Express” yazır.

Tramp bu ayın əvvəlində seçkilərdə böyük qələbə qazanıb, amma onun zəfəri Ukraynada bunun ABŞ-ın dəstəyi baxımından nə demək ola biləcəyi ilə bağlı narahatlığı artırıb.

Trampın Ukraynanı arzuolunmaz atəşkəs razılaşmasına məcbur edə biləcəyi ilə bağlı narahatlıqlara baxmayaraq, nəşrin ekspertləri hesab edirlər ki, geri qayıdan prezident fərqli yanaşma tətbiq edə bilər.

Təhlükəsizlik üzrə ekspert Nikolas Drummond Trampın Ukraynanı nüvə silahı ilə təmin edəcəyini iddia edir:

“Növbəti dörd il ərzində Rusiya yenidən silahlanacaq, amma Ukrayna da bərpa olunacaq, yenidən silahlanacaq və hazırlaşacaq. Bu hazırlıq ABŞ-ın Ukraynaya nüvə silahı verməsi ola bilər. Razılaşma çox sakit şəkildə bağlana bilər və Ukrayna birdən-birə çox güclü olacaq”.

Onun sözlərinə görə, Tramp dönəmində ABŞ həm Ukraynaya nüvə silahı verə, həm də NATO-ya üzv ola bilməyəcəyini bəyan edə bilər.

ABŞ-ın yeni lideri seçki kampaniyasında seçilib vəzifəsinə başladıqdan dərhal sonra Rusiya-Ukrayna müharibəsinə dinc yolla son qoyacağını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
2
teleqraf.com

1Mənbələr