AZ

Müstəqil dövlətin yeni Konstitusiyası

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri

Hər il xalqımız 12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Gününü xoş bayram ovqatı ilə qeyd edir. Belə ki, iyirmi səkkiz il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edildi. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi dövlət müstəqilliyinin ilk illərində əldə edilən ən mühüm nailiyyətlərdən biri olmaqla, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində tamamilə yeni mərhələnin əsasını qoydu. Xüsusilə vurğulanmalıdır ki, Əsas Qanunun qəbulunun növbəti ildönümünün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan misilsiz Qələbə şərəfinə təsis edilmiş Zəfər Günü ərəfəsinə təsadüf etməsi Konstitusiya Gününü daha da əlamətdar edir.

Xalqımız 1991-ci ildə oktyabr ayının 18-də dövlət müstəqilliyi əldə etdikdən sonra müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının  işlənilib hazırlanmasına və qəbul edilməsinə ciddi zərurət var idi. Lakin o vaxtlar hakimiyyətdə olanlar bu sahədə heç bir addım atmadılar. Köhnə qanunlar mövcud ictimai-siyasi sistemə uyğun gəlmirdi. Qanunlarda və idarəetmədə çoxlu boşluqlar var idi. Bu da ölkənin idarə edilməsində iqtisadi-siyasi və ictimai həyatda gərginliklər və çeşidli problemlər yaradırdı.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla, eyni zamanda, dövlətçiliyimizin möhkəmləndirilməsi, o cümlədən ölkəmizin dünya birliyində nüfuzunun daha da artması baxımından əhəmiyyətli ictimai-siyasi hadisə idi. Əsas Qanunun qəbul edilməsi, həmçinin ölkənin inkişafında yeni mərhələyə, yəni dövlət siyasətinin mərkəzində insanın hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə xarakterizə olunan mərhələyə qədəm qoyulmasının göstəricisi oldu.

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dünyada ən mükəmməl və demokratik qanunlardan olması ilə fərqlənir. Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının Konstitusiyamızda təsbit olunan hüquq və azadlıqlarının təmin olunması, onların sosial rifah halının yüksəldilməsi, respublikamızın sosial, iqtisadi, hərbi, siyasi gücünün daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetləridir.

2020-ci ildən etibarən Azərbaycan xalqı bu bayramı artıq daha yüksək ruhla, qalib ölkə və qalib xalq olaraq qeyd edir. Müzəffər Ali Baş Kömandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ördümüz bizə bu qüruru bəxş etdi. Həmin ilin sentyabr-noyabr aylarında Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində ədalətlə apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq Ermənistanı özünün faktiki kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu tarixi hadisə Konstitusiya Günündən iki gün öncə, nöyabr ayının 10-da baş verdi.

Torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərimizin doğma ev-eşiklərinə qayıtmasına imkan yaranması, ərazi bütövlüyümüzün bərpası Konstitusiyamızın 29 illiyinə ən yaxşı töhfədir.

Seçilən
19
1
yeniazerbaycan.com

2Mənbələr