AZ

Santuş Portuqaliyaya yox, Bakıya üz tutdu - istefa verib-verməyəcəyi haqda qərar...

Millətlər Liqasının 6-cı turunda darmadağın olan millimiz vətənə qayıdıb. Bu barədə “Football-plus.az”aAFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli məlumat verib. Onun dediyinə görə, baş məşqçi Fernando Santuş matçdan sonra Portuqaliyaya yox, elə komandayla birgə Bakıya gəlib.

Elnur bəydən portuqaliya mütəxəssisin bu ilin sonunda vəzifəsindən azad ediləcəyi haqda yayılan xəbərlərə münasibət öyrənməklə yanaşı, Millətlər Liqasında qeydə alınan uğursuz nəticələrlə bağlı hesabat tələb edilib-edilməyəcəyini də soruşduq. Qurum rəsmisi bu yaxınlarda AFFA İcraiyyə Komitəsinin keçiriləcəyini, lakin iclasın gündəliyinin hələ bəlli olmadığını dedi.

Yaramızı təzələmək istəməzdik, amma yığmamız Millətlər Liqasının ilk altı turunda keçirilən matçlarda 5 məğlubiyyət, 1 heç-heçə əldə edib və C liqasının 1-ci qrupunu sonuncu pillədə başa vuraraq D liqasına düşüb.

KƏNAN BAHADIR

Seçilən
9
1
football-plus.az

2Mənbələr