Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Roma Papası Fransiskin Vatikanın Müqəddəs Pyotr meydanında keçirdiyi ənənəvi ictimai audiyensiyasında iştirak edib.
KONKRET.az xəbər verir ki, bu barədə Anna Akopyan öz Facebook səhifəsində video yayımlayıb.
“Mən Vatikandakı Müqəddəs Pyotr meydanında idim. Orda müxtəlif ölkələrdən gələn zəvvarlar da iştirak edirdilər”, – deyə o, qeyd edib.
Görüntülərə əsasən, Anna Akopyan Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanı hərarətlə salamlayıb.
Yeri gəlmişkən, Anna Akopyanın Vatikan səfəri fonunda Zelenskaya ilə bir araya gəlməsi Ermənistanın Qərbə yaxınlaşmaq cəhdi kimi görünür. Ancaq ilk növbədə rəsmi İrəvan regionda sülh və əməkdaşlığa xidmət edən təşəbbüsləri dəstəkləməlidir. Əks halda yeni eskalasiya Ermənistan üçün sarsıdıcı olacaq.
Günel Mikayılova,
KONKRET.az