AZ

Səhhətindəki problemə görə jurnalistlərin qarşısına çıxmadı

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının seçmə mərhələsinin 12-ci turunda Peruya qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak etməyib.

Msport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis mədəsində problem olduğu üçün jurnalistlərin qarşısına çıxmayıb. Onu köməkçisi Valter Samuel əvəzləyib.

Hazırda çalışdırıcının özünü yaxşı hiss etdiyi bildirilib.

Qeyd edək ki, qarşılaşma Argentina millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
37
2
msport.az

3Mənbələr