Ukrayna Prezidenti Vladimir Zelenski Polşanın baş naziri Donald Tuska zəng edib.
KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün “Telegram” kanalında məlumat verib.
“Biz müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə etdik. Cənab Baş nazir bildirib ki, ölkəsi çatdırılmaq üçün 45-ci dəstək paketini hazırlayır və artıq növbəti müdafiə paketi üzərində işə başlayıb”, – deyə Ukrayna lideri yazıb.
Məlik,
KONKRET.az