AZ

Dövlət-özəl tərəfdaşlıqlarının su ehtiyatlarının idarə edilməsində rolu müzakirə edilib

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkilatçılığı ilə “Dövlət-özəl tərəfdaşlıqlarının (PPP) su ehtiyatlarının idarə edilməsində rolu” adlı panel müzakirə keçirilib.

Tədbirdə İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi və Asiya İnkişaf Bankının nümayəndələri iştirak ediblər.

Paneldə su sektorunda, xüsusilə Xəzər dənizi regionunda və Azərbaycanda duzsuzlaşdırma və alternativ su mənbələri layihələrində PPP modelinin əhəmiyyəti vurğulanıb. Su ehtiyatlarının idarə edilməsi sahəsində PPP layihələrinin dayanıqlı inkişaf üçün əsas mexanizmlərdən biri olduğu qeyd olunub. Su infrastrukturu layihələrində innovasiya, səmərəlilik və dayanıqlılıq prinsiplərinin tətbiqi müzakirə edilib.

Uğurlu tərəfdaşlıq modelləri, ən yaxşı təcrübələr, su təhlükəsizliyinin gücləndirilməsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb. İştirakçılar dövlət və özəl sektor arasında səmərəli əməkdaşlığın ölkəmizdə su ehtiyatlarının idarə edilməsinə töhfə verəcəyini bildiriblər.

Seçilən
6
vergiler.az

1Mənbələr