Bakı. Trend:
"İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkiliQaydaları"nda dəyişiklik edilib.
Trend xəbər verir ki, bubarədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2002-ci il 29 maytarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimlitəhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın 7-ci hissəsi(Eşitmə, görmə qabiliyyəti tam məhdud olan, görmə qabiliyyəti 40faizdən az olan uşaqların təhsili sağlam uşaqlarla birlikdə təşkiledilə bilməz) ləğv edilir.