AZ

Qvatemala sıfır karbon balansı hədəfinə sadiqliyini təsdiqləyir - Nazir müavini

Bakı. Trend:

Ölkəmiz meşə sektorunda sıfır karbon balansına nail olmaq üçünöhdəlik götürür.

Trend xəbər verir ki, bubarədə Qvatemalanın təbii resurslar və iqlim dəyişikliyi üzrə nazirmüavini Edvin Kastelyanos COP29 sammitində milli bəyanatı iləçıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünyada ekoloji cəhətdən ən müxtəlifölkələrdən biri olan Qvatemala ciddi iqlim problemləri iləüzləşir.

"Qlobal istixana qazı emissiyalarında kiçik paya malik olmasınabaxmayaraq, ölkə güclü fırtınalar, qasırğalar və daşqınlar kimiiqlim dəyişikliyinin təsirlərini yaşayır ki, bu da iqtisadi vəekoloji zərərə səbəb olur.

Biz iqlim böhranı ilə mübarizə üçün kollektiv səyləri artırmağaborcluyuq. Ölkəmiz iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq vəadaptasiya prosesini gücləndirmək üçün fəal təşəbbüslər həyatakeçirir", — deyə vitse-nazir bildirib.

O qeyd edib ki, Qvatemala, həmçinin, meşə ərazilərinin bərpasıvə genişləndirilməsi üzərində fəal işləyir və karbon sertifikatlarıproqramı kimi mexanizmləri tətbiq edərək, CO2 emissiyalarınıazaltmağı hədəfləyir.

"Bu prosesdə iqtisadiyyatın bütün sektorlarının, eləcə də, kəndəraziləri və yerli xalqların iştirakı mühüm əhəmiyyət kəsbedir.

İqlim dəyişikliyindən ən çox əziyyət çəkən ölkələrin adaptasiyaproqramlarını effektiv şəkildə həyata keçirmək və yerli icmalarınhəssaslığını azaltmaq üçün ədalətli və əlçatan iqlimmaliyyələşməsinə ehtiyacı var", — deyə E.Kastelyanos əlavəedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr