Enerji səmərəliliyinə nail olmaq üçün gömrük xidmətlərinin imkanları digər qurumlardan çoxdur.
Bunu COP29-un baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov COP29 çərçivəsində keçirilən “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda tədbirdə deyib.
O bildirib ki, gömrük təşkilatlarının bu problemlə məşğul olmaq üçün əsas üstünlüyü bəzi dövlət qurumlarından fərqli olaraq gəlir mənbələrinin olmasıdır: "Bunu nəzərə alaraq gömrük orqanları öz gəlirlərinin bir hissəsini ətraf mühitə cavabdeh olan layihələrə ayıra bilərlər. Bu müstəqil gəlir mənbəyi "yaşıl transformasiya" üçün dinamik bir vasitədir".