AZ

"Gömrük orqanları öz gəlirlərinin bir hissəsini ətraf mühitə cavabdeh olan layihələrə ayıra bilərlər"

Enerji səmərəliliyinə nail olmaq üçün gömrük xidmətlərinin imkanları digər qurumlardan çoxdur.

"Report" xəbər verir ki, bunu COP29-un baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov COP29 çərçivəsində keçirilən “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda tədbirdə deyib.

O bildirib ki, gömrük təşkilatlarının bu problemlə məşğul olmaq üçün əsas üstünlüyü bəzi dövlət qurumlarından fərqli olaraq gəlir mənbələrinin olmasıdır: "Bunu nəzərə alaraq gömrük orqanları öz gəlirlərinin bir hissəsini ətraf mühitə cavabdeh olan layihələrə ayıra bilərlər. Bu müstəqil gəlir mənbəyi "yaşıl transformasiya" üçün dinamik bir vasitədir".

Eyni zamanda, E. Soltanovun sözlərinə görə, bu gəlir mənbəyi həm də ictimaiyyətə yönəlmiş kommunikasiya fəaliyyətini həyata keçirmək imkanı verir: "Ölkəyə daxil olan insanlar ödədikləri müəyyən ödənişin "yaşıl transformasiya" layihələrinə töhfə verdiyini görə bilərlər. Bu da effektiv vasitəsi kimi istifadə edilə bilər".

Seçilən
20
2
bakivaxti.az

3Mənbələr