AZ

"Qonaqpərvərliyiniz insanı evindəymiş kimi hiss etdirir" - Xarici qonaq

"Azərbaycanda olmaq, onun tarixi, mədəniyyəti və təbii gözəllikləri ilə tanış olmaq üçün böyük fürsətdir". SİA xəbər verir ki, bu sözləri turist Sarah Abdulla Al-Jufairi deyib.

Onun sözlərinə görə, Şəki xan sarayı, Qobustan qaya rəsmləri, Qız Qalası kimi tarixi yerlər diqqətimi çəkdi: "Bakının müasir və ənənəvi arxitekturasının birləşməsi də çox maraqlıdır. Həmçinin Azərbaycan mətbəxini dadmaq da xüsusi bir təcrübədir. Plov, dolma, və qutab kimi yeməklərin dadını çox bəyənirəm. Sizin mədəniyyətiniz və qonaqpərvərliyiniz insanı evdəymiş kimi hiss etdirir. Bunlar mənim fikirlərimdir. Çox sağ olun, təşəkkür edirəm. Mən bu axşam şəhəri daha çox gəzəcəyəm. Dünən gecə gəlmişəm, hələ heç nə görməmişəm. Amma "Dolma" adlı restoranda yemək yeməyi planlaşdırıram. Haqqında yaxşı şeylər eşitmişəm. Sonra isə bulvarda gəzəcəyəm. Ümid edirəm ki, bu axşam bunları görmək üçün kifayət qədər vaxtım olacaq".

Müəllif: Söylü Ağazadə
Seçilən
8
sia.az

1Mənbələr