Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 20-dəİran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesinaziri Reza Salehi Amiri ilə görüşüb.
Trendxəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkilolunduğu məmnunluqla vurğulanıb.
Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyiprioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğudiqqətə çatdırılıb.
Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti,həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığınperspektivləri müzakirə olunub.