AZ

Ruslara pasportu dəyişdirərkən iki məcburi işarəni xatırladıblar

Rusiyada pasport verərkən və ya dəyişdirərkən vətəndaşın yaşayış yerində qeydiyyata alınması, qeydiyyatdan çıxarılması göstərilməlidir. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin mətbuat xidməti xatırladıb.

İdarədən onu da əlavə ediblər ki, vətəndaşlar arzu etdikdə pasportlarına nikah, 14 yaşınadək uşaqları, əvvəlki pasportları və xaricdə şəxsiyyətini təsdiq edən digər sənədləri də daxil edə bilərlər:

"Vətəndaş həmçinin pasportuna bir neçə əlavə işarə, məsələn, qan qrupu və vergi ödəyicisinin identifikasiya nömrəsini əlavə edə bilər".

Daxili İşlər Nazirliyi həmçinin qeyd edib ki, bütün bu qeydlər səlahiyyətli orqanlar tərəfindən aparılmalıdır.

Oxuməni.az

Seçilən
24
oxumeni.az

1Mənbələr