AZ

Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?

Türkiyənin COP29-da iştirak üçün Azərbaycana gəlmək istəyən İsrail prezidenti İshaq Hersoqa hava məkanından keçməyə imkan verməməsi Bakı-Ankara arasında müəyyən problemlərin yarandığı fikrini ön plana çıxarıb. İki məqam bu fikri daha da gücləndirdi:

1. Azərbaycan mediasında İsrail prezidentinin gəlişinə Türkiyənin imkan verilməməsi haqda yayılan informasiyalar;

2. Ərdoğanın “Biz artıq Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik” açıqlaması.

Hərçənd, Bakı-Ankara xəttində soyuqluğun görünən, yaxud təqdim edilən səviyyədə olduğu ehtimalı azdır. Ərdoğanın COP29 tədbirinə qatılması və ən yüksək səviyyədə görüşlərin keçirilməsi də bunun əyani nümunəsi idi. İsrail prezidenti ətrafında baş verənlərə isə fərqli kontekstdə baxmaq mümkündür.

Hersoq Bakıya alternativ marşrut üzərindən də uça bilərdi. Bunu etmək əvəzinə, “təhlükəsizlik probleminin olması” əsasını irəli sürdü. Bu iddia COP29-un keçirildiyi Azərbaycanın təhlükəsizlik imici üçün ciddi zərbə ola bilərdi və bu vəziyyətdə gerçəyin – Türkiyənin imkan verməməsi faktının açıqlaması çıxış yolu olaraq seçildi. Belə bir məlumat ilk baxışda Türkiyəyə qarşı görünə bilər, lakin gerçəkdə Ankaranın “əlinə oynadığı” amili da diqqətdən qaçmamalıdır.

Qəzza müharibəsindən sonra Fələstin məsələsi Türkiyə daxili siyasətində əsas faktorlardan birinə çevrilib, xüsusilə İsraillə iqtisadi əlaqələr müxalifət tərəfindən dini elektoratın AKP-dən uzaqlaşdırılması cəhdlərində istifadə edilir. Ərdoğanın Fələstin məsələsi üzərində xüsusilə fokuslanmasının səbəblərindən biri də budur. Və İsrail prezidenti üçün hava məkanının bağlamaqla mövqeyini bir daha ortaya qoydu. İstisna deyil ki, İsrail tərəfindən “təhlükəsizlik amili” haqda verilən açıqlamadan sonra Bakı və Ankara gerçək səbəbin açıqlanması üzərində razılaşıb. Beləliklə:

- Rəsmi Bakı ölkədə “təhlükəsizlik problemi”nin olmadığını isbat etdi;

- Rəsmi Ankara – Ərdoğan Fələstin məsələsində “dəyişməyən mövqeyini” nümayiş etdirdi.

Bu məqam baş verənlərdə diplomatik manevr kimi görünür.

Seçilən
18
2
axar.az

3Mənbələr