AZ

Orta Dəhliz mövcud geosiyasi qeyri-sabitlik şəraitində mühüm rol oynayır - Covanni Donato

Bakı. Trend:

Orta Dəhliz xüsusən mövcud geosiyasi qeyri-sabitlik şəraitindəmühüm rol oynayır.

Trend xəbər verir ki, bunuİtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyinin diplomatikmüşaviri Covanni Donato COP29 çərçivəsində "Dayanıqlı, rəqəmsalOrta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda keçirilənyüksək səviyyəli dəyirmi masa zamanı bildirib.

"Orta Dəhliz xüsusən mövcud geosiyasi qeyri-sabitlik şəraitindəmühüm rol oynayır. İnfrastrukturun dayanıqlığının vəetibarlılığının artırılması, rəqəmsal əlaqələrin və məlumatmübadiləsinin inkişaf etdirilməsi, həmçinin, Avropa ilə Asiyaarasında əlaqələrin gücləndirilməsi istiqamətində tərəqqiyə nailolmaq üçün regional əməkdaşlıq və tərəfdaşlığın dəstəklənməsi əsasşərtlərdir", - deyə o bildirib.

O, həmçinin, vurğulayıb ki, İtaliya güclü və dinamik bioyanacaqsektoru yaradıb və növbəti nəsil yanacaq istehsalı üçün toplanmıştəcrübədən istifadə etməyə hazırdır.

"Bizim əsas məqsədimiz İtaliyanı Orta Dəhlizin əsas "limanı" vəMərkəzi Asiya ilə Hind-Sakit okean regionundan gələn yüklər üçünAvropaya açılan qapıya çevirməkdir", - deyə C.Donato əlavəedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr