AZ

“Hətta başımızı qaldırıb adamların gözünə baxmaq istəmirdik” – Ponomaryov hava limanında kimdən utanıb?

Yığmamızı İsveç səfərində müşayiət edənlər arasında İqor Ponomaryov da var idi. H

Hər iki ölkənin futbolu ilə bağlılığı olan Ponomaryov “Football-plus.az”a dünənki oyunla bağlı açıqlama verdi:

“Söz tapmaq və dünənki oyunla bağlı müsbət bir şey söyləmək çox çətindi. Hər birimiz - o cümlədən meydana çıxan futbolçular da – stadiondan çıxıb Bakıdakı hava limanında sərhədçilərlə qarşılaşana qədər çox utandıq. Hətta başımızı qaldırıb adamların gözünə baxmaq istəmirdik. Oyunun ilk dəqiqəsindən başlayaraq çox zəif oynadıq. Elə təsəvvür yaranırdı ki, sanki uşaqlar ilk dəfə birlikdə oynayırlar. Komandaların səviyyəsi arasındakı böyük fərq görünürdü. Elə bil böyüklər uşaqlara qarşı oynayırdı. Estoniya ilə oyunla yanaşı, bu oyun da çox vacib idi. Kimlərəsə ayrı-ayrılıqda damğa vurmaq istəmirəm. Komanda var və nəticəyə görə komanda məsuliyyət daşımalıdı. Futbolçuların hazırlaşmadığını demək olmaz. Onlar bu oyunların nə dərəcədə vacib olduğunu anlayırdılar. Belə çıxır ki, rəqiblərimizdən daha zəifik. Bəlkə də indiki vəziyyətdə bir addım geri, sonra iki addım irəli atmaq daha yaxşıdı. Bunu isə zaman göstərəcək”.

RÖYANƏ OĞUZ
Seçilən
27
1
football-plus.az

2Mənbələr